RU

Deputat: “Zəngəzur dəhlizi və Qərbi azərbaycanlıların qayıdışı məsələləri beynəlxalq platformalarda gündəmə gəlir“

Azərbaycanın "yaşıl enerji" sahəsində təcrübəsini İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzv ölkələri ilə bölüşməsi yüksək nəticələr verir.

"Report" xəbər verir ki, bunu Milli Məclisinin deputatı Tahir Mirkişili parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, ECO regionun ən nüfuzlu iqtisadi təşkilatıdır: "570 milyon əhali, 2,6 trilyon ABŞ dollarlıq iqtisadi gücə malik olan təşkilat üzvləri xüsusuilə də, Şərq və Qərb arasında iqtisadi əlaqələrdə mühüm gücə və potensiala sahibdirlər. Azərbaycan artıq üçüncü dəfə idi ki, ECO sammitini təşkil edirdi. Lakin bu dəfə bu tədbir xüsusi əhəmiyyət kəsb edirdi, çünki o, Qarabağda keçirilirdi. Xankəndi ilə bağlı bu seçim çoxqatlı simvolik anlam daşıyırdı. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə beynəlxalq zirvə keçirilirdi. Bu, ölkəmizin suverenliyinin möhkəmlənməsi ilə yanaşı, Azərbaycan Prezidentinin Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirirdi. Tədbir həm də müharibədən sonrakı sülh prossesində Azərbaycan diplomatiyasının nüfuzunun gücləndirilməsinə böyük töhfə olub".

O qeyd edib ki, "yaşıl enerji"yə keçid kimi çətin prosesdə hər kəsdən öndə olan Azərbaycanın öz təcrübəsini üzv ölkələrlə bölüşmək istəyi yüksək nəticələr verir: "Şimalda və Cənubda müharibələrin alovlandığı bir vaxtda Azərbaycandan keçən Orta Dəhlizin, Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların öz yurdlarına dönməsi məsələlərinin gündəmə gəldiyi bir platformanın Xankəndindən ucalan səsi bütün dünyaya açıq ismarış olub".

Избранный
33
report.az

1Источники