Trend-ə açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyevin sözlərinə görə, yay fəslinin sərin keçməsi normal hadisədir:
"Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bu meyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkı hadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərin keçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yay müşahidə edilə bilər”.
Professor bildirib ki, qeyd edilənlər atmosfer prosesləri ilə sıx bağlıdır:
"Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasının çoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isə günəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illik siklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davam edəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığının artması meridional proseslərin təkrarlanmasını çoxaldır.
Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçə gündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclü külək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbi şimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Bu proses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəz olunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlar üçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq, çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələr insanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.
H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davam etməsi ilə bağlı proqnoz vermək çətindir:
10Источники
-
sportinfo.azGörəsən, yayda belə sərin hava normaldır? ( 19091239)
-
news24.azHava şəraiti niyə tez-tez dəyişir? ( 19074442)
-
milli.azYayda havanın belə olması normaldır? ( 19079962)
-
news365.azYayda belə sərin hava normaldır? ( 19069861)
-
qafqazinfo.azYayda belə sərin hava normaldır? ( 19068073)
-
qafqazinfo.azYayda belə sərin hava normaldır? ( 19068001)
-
demokrat.azHava şəraiti niyə tez-tez dəyişir? ( 19060777)
-
turkustan.azHava şəraiti niyə tez-tez dəyişir? ( 19059643)
-
hit.azHava şəraiti niyə tez-tez dəyişir? ( 19057789)
-
day.azHava şəraiti niyə tez-tez dəyişir? ( 19057567)