RU

Tramp Zelenskiyə silah satışının dayandırılmasına görə məsuliyyət daşımadığını deyib - WSJ

ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Kiyevə silah satışının dayandırılmasına görə məsuliyyət daşımadığını deyib.

Herbiand.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) söhbətin detallarından xəbərdar olan mənbələrə istinadən yazır.

“Tramp cümə günü Zelenski ilə telefon danışığında ABŞ-ın keçən ay İranın nüvə obyektlərinə zərbə endirməsindən sonra Pentaqonun silah-sursat ehtiyatlarına yenidən baxılmasını tapşırdığını, lakin departamentə silah satışını dondurmağı əmr etmədiyini söylədi”, - məqalədə deyilir.

Bununla belə, Ağ Evin mətbuat katibi Karolin Livitt bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, məhz müdafiə naziri Pit Hetset vəzifəyə gəldikdən sonra “ölkədən kənara çıxan hər şeyin Amerikanın maraqlarına uyğun olduğundan əmin olmaq üçün” yoxlanışın keçirilməsinə göstəriş verib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
26
herbiand.az

1Источники