NASA-nın dəstəklədiyi teleskoplar vasitəsilə kəşf edilən 3I/ATLAS adlı quyruqlu ulduz, Günəş Sistemimizə ulduzlararası məkandan gələn üçüncü cisim olaraq qeydə alınıb. İşıq sürətinə yaxın hərəkət edən bu obyekt, alimlərə başqa ulduz sistemlərinin sirlərini araşdırmaq üçün nadir fürsət yaradır.
Xalqcebhesi.az xəbər verir ki, Alimlər Günəş Sisteminə xarici kosmosdan gələn yeni bir göy cismini müşahidə ediblər. 3I/ATLAS adlanan bu quyruqlu ulduz, başqa bir ulduz sistemindən gəlib Yerə bu qədər yaxınlaşan üçüncü cisim olub.
Bu həyəcanverici kəşf, Çilidəki NASA dəstəyi ilə çalışan ATLAS teleskopu tərəfindən edilib. Cismin yüksək sürəti və düz trayektoriyası onun Günəş Sisteminə məxsus olmadığını sübut edir. Alimlər hesab edirlər ki, bu obyekt Samanyolu qalaktikasının mərkəzindən gəlir.
Məryəm Quliyeva