Aktual.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsində start verəcək. "Köhlən atlar" "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
Əlavə edək ki, ÇL-də II təsnifat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.
8 iyul
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
Saat 19:00, "Kups" - "Milsami";
Saat 20:00, "İberia" - "Malmö";
Saat 20:00, "Noah" - "Buduknost";
Saat 20:30, "Levadia" - RFŞ;
Saat 21:00, "Lyublyana" - "Kairat";
Saat 22:00, "Drita" - "Diffirdanj";
Saat 22:00, TNS - "Şkendiya";
Saat 22:00, "Vikinqur" - "Linkoln";
Saat 23:00, "Eqnatia" - "Bredablik";
Saat 23:00, "Virus" - "Zirjinski".