RU

MİQ-in test mərhələsində davamiyyət 81%-dir - Vəfa Yaqublu

Bakı. Trend:

Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün dəkeçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlikpeşəsinə marağın artmasından xəbər verir.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin direktor müavini Vəfa Yaqublu 161 nömrəli məktəbdəkeçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsiningedişatında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gənclər arasında bu peşəyə marağın çoxalmasımüəllim nüfuzunun artması və əməyinin rəğbətləndirilməsi iləbağlıdır:

“Əgər siz müşahidə etsəniz, namizədlər arasında gənclərinüstünlük təşkil etdiyini görə bilərsiniz”.

VəfaYaqublu qeyd edib ki, MİQ müsabiqəsi şəffaf və ədalətlişəkildə keçirilir. İmtahanlar kompüter əsaslıdır, eyni fənn üzrəeyni vaxtda aparılır və suallar standartdır. Hazırda 19 şəhərdə 44mərkəzdə imtahanlar keçirilir. Cari seansda isə xarici dilmüəllimləri iştirak edir:

“Bu günə qədər davamiyyət kifayət qədər yüksəkdir – bəziseanslarda 80-90% arasında dəyişir və ümumilikdə orta davamiyyətgöstəricisi 81% təşkil edir. Bu da müəllimlərin imtahan prosesinəməsuliyyətlə yanaşdığını göstərir”.

Избранный
47
15
az.trend.az

10Источники