RU

​“Qalatasaray” fənərli ulduzu alır -

“Qalatasaray” müdafiə mövqeyini gücləndirmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, “Qalatasaray” “Fənərbaxça”dan “Brayton”a transfer olan türk futbolçu Ferdi Kadıoğlunu tranfer etmək istəyir. Məlumata görə, “Brayton” müdafiəyə yeni futbolçu transfer etmək istədiyi üçün Ferdi Kadıoğlunu klubdan göndərə bilər. Türkiyə mediasının məlumatına görə, “Qalatasaray” futbolçu üçün “Brayton”a təklif göndərib. İddialara görə, “Qalatasaray” futbolçunu icarə əsasında heyətinə cəlb etmək istəyir.

Ferdi Kadıoğlu “Brayton” müdafiə mövqeyinə yeni futbolçu transfer etmək istədiyinə görə, “Qalatasaray”ın təklifinə razılıq verib.

Избранный
15
1
metbuat.az

2Источники