RU

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi 10 görüşlə başlayacaq

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
 
Moderator.az xəbər verir ki, ilk oyun günündə "Kups"la "Milsami", "İberia" ilə "Malmö", "Noah"la "Buduknost", "Levadia" ilə RFŞ, "Lyublyana" ilə "Kairat", "Drita" ilə "Diffirdanj", TNS ilə "Şkendiya", "Vikinqur"la "Linkoln", "Eqnatia" ilə "Bredablik", "Virus"la "Zirjinski" üz-üzə gələcək.
 
Qeyd edək ki, Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsində start verəcək. "Köhlən atlar" "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqlar. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
 
ÇL-də II təsnifat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.
 
8 iyul
 
UEFA Çempionlar Liqası
 
I təsnifat mərhələsi
 
Saat 19:00, "Kups" - "Milsami";
 
Saat 20:00, "İberia" - "Malmö";
 
Saat 20:00, "Noah" - "Buduknost";
 
Saat 20:30, "Levadia" - RFŞ;
 
Saat 21:00, "Lyublyana" - "Kairat";
 
Saat 22:00, "Drita" - "Diffirdanj";
 
Saat 22:00, TNS - "Şkendiya";
 
Saat 22:00, "Vikinqur" - "Linkoln";
 
Saat 23:00, "Eqnatia" - "Bredablik";
 
Saat 23:00, "Virus" - "Zirjinski".
Избранный
31
8
moderator.az

9Источники