RU

Fermadan qaçan şir qadına və iki uşağa hücum etdi - Anbaan görüntülər

Pakistanın Lahor şəhərində şir qadına və iki uşağa hücum edib.

“Qafqazinfo” bu barədə “Associated Press”ə istinadən xəbər verir. 

Yayılan kadrlarda fermada saxlanılan şirin hasardan tullanaraq yoldan keçən insanlara necə hücum etdiyi əks olunub.

Polisin verdiyi məlumata görə, zərərçəkən qadın, eləcə də 5 və 7 yaşlı uşaqlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olsa da, üz və qollarında xəsarətlər var.

O da qeyd olunub ki, şir müsadirə edilib və vəhşi təbiət parkına göndərilib.

Həmçinin şirin sahibi 3 nəfər həbs edilib.

Görüntüləri təqdim edirik:

Избранный
36
4
qafqazinfo.az

5Источники