Dünyanın 19-cu yeri tutan rusiyalı tennisçisi Lyudmila Samsonova "Uimbldon 2025"in 1/4 finalına yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, o, 1/8 final görüşündə İspaniya təmsilçisi Cessika Buzas-Maneyronu (62-ci pillədə) 7:5, 7:5 hesabı ilə məğlub edib.
Tennisçilər kortda 1 saat 44 dəqiqə vaxt keçiriblər.
“Uimbldon 2025”in 1/4 finalında Lyudmila Samsonova polşalı tennisçi İqa Sviateklə danimarkalı Klara Tauson arasında keçirilən görüşün qalibi ilə qarşılaşacaq.