RU

Avarçəkənimiz Avropa üçüncüsü oldu

3-6 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində gənclər və 23 yaşa qədər avarçəkənlər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, komandamızın üzvlərindən kanoe qayığında mübarizə aparan Tatyana Smilovenko üçüncü yer tutub.

Avarçəkənimiz təsnifat və yarımfinal mərhələsində 500 metr məsafədə 1 nəfərlik qayıqda uğurlu çıxış edərək A finalına yüksəlib.

Finalda finiş xəttini üçüncü keçən Tatyana Avropa çempionatının bürünc medalına layiq görülüb.

Избранный
138
2
idmanxeber.az

10Источники