RU

Moskvadan vacib Azərbaycan açıqlaması: Məntiq yalnız bir şeyi deyir...

Moskva əmindir ki, Rusiya və Azərbaycan müttəfiq olaraq qalmalıdır.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və ortaq tarix və ortaq gələcəklə birləşən ölkələrdir və belə də qalmalıdırlar", - prezidentin mətbuat katibi vurğulayıb.

Peskov ölkələr arasında gərginlik fonunda Moskvanın Azərbaycanla münasibətlərə baxışını açıqlayıb və ikitərəfli münasibətlərdə yaranan məsələlərin konstruktiv həll edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya diplomatları Bakı ilə daim əlaqə saxlayır və saxlanılan rusların maraqlarını müdafiə edirlər.

Избранный
16
50
publika.az

10Источники