RU

TNI: Hindistanın Su-57 alması Rusiya üçün böyük qələbə olacaq

Hindistan Su-57 qırıcıları alsa bu, Rusiya üçün böyük qələbə olacaq.

Herbiand.az bildirir ki, bu barədə The National Interest (TNI) yazıb.

Müəlliflər qeyd ediblər ki, Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası Nyu-Dehliyə təyyarə platformasının mənbə koduna çıxışı təmin etmək niyyətindədir. Bu, Hindistan ordusuna qırıcıdan istifadə etməkdə tam muxtariyyət verəcək.

“İki ölkə arasında müdafiə əlaqələri kifayət qədər genişdir və bu, Su-57-nin ixrac variantının potensial tədarükünü inandırıcı edir”, - yazıda bildirilir.

Nəşr hesab edir ki, Su-57 silahlanma baxımından sovet analoqlarından xeyli üstündür: “Təyyarənin daxili bölmələri R-73 və R-74 kimi sələfləri ilə müqayisədə xeyli geniş uçuş məsafəsinə malik olan K-74M2 infraqırmızı idarə olunan “hava-hava” raketinin quraşdırılması üçün nəzərdə tutulub”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
40
herbiand.az

1Источники