RU

Mbappe “Real”ın tarixinə düşdü

“Real”ın hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.

Msport.az xəbər verir ki, fransalı futbolçu bir mövsümdə 7 müxtəlif turnirdə qol vuraraq buna nail olub.

Mbappe klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sına qalib gəldikləri (3:2) oyunda turnirdə ilk dəfə fərqlənib. O, 2024-25 mövsümündə İspaniya La Liqası, İspaniya kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası kubokda da qol vurub.

Qeyd edək ki, Mbappe 2024-cü ilin yayından “Real”ın futbolçusudur.

Избранный
36
50
msport.az

10Источники