RU

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

"Qarabağ" bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Ukrayna "Metallist"i (Xarkov) ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yay toplanışı çərçivəsində ilk oyununu Bakıda "Zirə"yə qarşı (4:0) keçirib. "Köhlən atlar" Avstriyada "Metalist"dən başqa, iyulun 11-də Niderland təmsilçisi "Tvente"yə qarşı 2 matça çıxacaqlar. Bu qarşılaşmalardan birincisi 15:00-da, ikincisi 19.15-də olacaq. 15 iyul tarixində reallaşacaq üçüncü qarşılaşmadakı rəqib isə yerli "Zalsburq"dur. "Zalsburq"la görüş 20:00-da reallaşacaq. Bütün oyunlar Kaprun stadionunda keçiriləcək.

Qeyd edək ki, Avstriya toplanışına iyulun 2-də başlayan təmsilçimiz iyulun 16-da Bakıya qayıdacaq.

Yoxlama oyunu
7 iyul

19:30. "Qarabağ" (Azərbaycan) – "Metallist" (Ukrayna)

Избранный
57
fanat.az

1Источники