RU

“Fincantieri” şirkəti çoxməqsədli döyüş gəmisini İndoneziya HDQ-yə təhvil verib

İtaliyanın “Fincantieri” şirkəti tərəfindən inşa edilən KRI BRAWIJAYA-320 çoxməqsədli döyüş gəmisi (MPCS/PPA) İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.

“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bu münasibətlə şirkətin “Muggiano” tərsanəsində təhvil-təslim mərasimi keçirilib.

Mərasimdə “Fincantieri”nin sədri Biagio Mazzotta, İndoneziya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Əli, İndoneziyanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Junimart Girsang, İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Enrico Credendino və İtaliyanın Milli Silahlanma direktoru admiral Giacinto Ottaviani iştirak ediblər.

Qeyd edilib ki, şirkət tərəfindən çox qısa müddətdə inşa olunaraq İndoneziya HDQ-yə təhvil verilən KRI BRAWIJAYA-320, iki çoxməqsədli döyüş gəmisindən birincisidir. O, ikinci KRI PRABU SILIWANGI-321 gəmisi ilə birlikdə “Fincantieri” və İndoneziya Müdafiə Nazirliyi arasında strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Bu gəmilər İndoneziya HDQ-nin ən böyük döyüş gəmiləri olacaq və Hind-Sakit okean bölgəsində sabitliyin möhkəmlənməsinə, eləcə də İndoneziyanın milli maraqlarının qorunmasına töhfə verəcək.

Çoxməqsədli döyüş gəmisi geniş spektrli tapşırıqları (döyüş əməliyyatları, dəniz patrulu, xilasetmə və mülki müdafiə fəaliyyətləri) yerinə yetirmək üçün nəzərdə tutulmuş yüksək çevikliyə malikdir. Gəmi həmçinin RHIB tipli yüksək sürətli qayıqların istifadəsini təmin edən yan kran və ya arxa tərəfdə yerləşən qayıq çıxarma rampası ilə təchiz olunub.

Gəminin ümumi uzunluğu 143 metr, sürəti 31 düyündən çox və heyəti 171 nəfərdir. Çoxməqsədli döyüş gəmisi CODAG (kombinə edilmiş dizel və qaz turbini) və elektrik hərəkət sistemi ilə təchiz edilib.

Избранный
72
poliqon.az

1Источники