RU

Lənkəran və Yevlaxda yanğın olub

Lənkəran və Yevlaxda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakues.az-a verilən xəbərə görə, Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 10 m² sahədə, həyətyanı ərazidə 700 m² sahədə quru ot və kol-kos yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Yevlax şəhəri Marzılı kəndində ümumi sahəsi 120 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 72 m² sahədə, altında yığılan 4 ton ot bağlaması və 4 paq.m çəpər yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Избранный
36
38
icma.az

10Источники