RU

Ukraynalılara “Təslim olun!” vərəqələri göndəriblər

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ruslar “Uraqan” raket sistemi vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə silahı könüllü şəkildə yerə qoymaq təklifinin yazıldığı minlərlə təbliğat vərəqəsi göndəriblər.Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qırmızı rəngə boyanmış 220 millimetrlik xüsusi mərmilərdə döyüş elementləri əvəzinə vərəqələr olub. Hər birində 4 min nüsxə vərəqə yerləşən mərmi 35 kilometrə qədər məsafədəki hədəfləri “vurmağa” qadirdir.ELÇİN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
16
reyting.az

10Источники