RU

Tramp bu gün Qəzzada atəşkəs elan edə bilər

Dohada İsrail və HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar uğurlu olarsa, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Nəşnl” nəşri məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, atəşkəslə bağlı qərar İsrail və HƏMAS-ın Dohadakı dolayı danışıqlardan sonra razılığa gələ bilib-bilməyəcəyindən asılı olacaq. Münaqişə tərəfləri razılaşmanın müəyyən aspektləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırsa, Tramp müvəqqəti atəşkəs elan edəcək, HƏMAS-ı silahlarını yerə qoymağa və bütün girovları azad etməyə çağıracaq.

Избранный
7
13
axar.az

10Источники