RU

Kudus yalnız bu kluba keçmək istəyir

“Vest Hem”in cinah hücumçusu Məhəmməd Kudus karyerasını yalnız “Tottenhem”də davam etdirmək niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, hazırda Qana millisinin üzvü məhz London təmsilçisi ilə danışıqlar aparır və digər klublara keçməkdə maraqlı deyil. Futbolçunun artıq “Tottenhem”lə şəxsi razılıq əldə etdiyi bildirilsə də, transferin baş tutması üçün klublar arasında razılıq vacibdir.

2024/25 mövsümündə Kudus bütün turnirlər daxil olmaqla 35 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 23 yaşlı hücumçunu 45 milyon avroya dəyərləndirir.

Избранный
2
2
90deqiqe.az

10Источники