RU

Qulaqlıq istifadə edənlərin diqqətinə – Bu infeksiya sizi gözləyir

"Yay aylarında qulaqlıqlardan fasiləsiz 1 saatdan artıq istifadə qulaq yolunda temperatur və rütubətin artmasına səbəb olur. Bu isə infeksiyalar - xüsusilə süngər çöpləri (Pseudomonas) və qızılı stafilokok (Staph. aureus) üçün ideal mühit yaradır".


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tanınmış terapevt Yelena Şurayeva xəbərdarlıq edib.

Onun sözlərinə görə, 30 dəqiqəlik istifadə belə qulaq yolunun temperaturunu 2.4°C, rütubətini isə 35% artırır. Bu isə xarici qulaq iltihabı riskini ikiqat artırır.

Həkimin 40-60 dəqiqədən bir içlik qulaqcıqları çıxarıb qulaqları "havalandırmağı" tövsiyə edib:

"Ancaq aktiv tərləmə zamanı bu müddət 20-30 dəqiqəyə qədər azaldılmalıdır. Qulaqlıqları alkoqollu salfetlə gündəlik təmizləmək və başqaları ilə paylaşmamaq vacibdir. İdman üçün açıq modellər seçilməlidir. Hər istifadədən sonra qulaq seyvanı qurudulmalıdır", - deyə ekspert bildirib.

Həkim qeyd edir ki, bu cür gigiyena qaydalarına əməl etməklə gündə 2-3 saat musiqi dinləmək belə infeksiya riskini minimuma endirir.

Избранный
4
27
manset.az

10Источники