RU

AMB-nin 1 milyona yaxın dəyəri olan tenderi bu səbəbdən - LƏĞV OLUNDU

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş tender ləğv edilib.

Dövlət qurumu 111 min manata anbar icarəyə götürdü - DETALLAR

FED.az xəbər verir ki, sözügedən tender Microsoft 365 E3 lisenziyalarının satın alınması ilə bağlı elan edilmişdi. Tender iştirakçı çatışmazlığı səbəbindən ləğv edilib.

Tenderin ehtimal olunan dəyəri 964.284,20 manat təşkil edirdi. Satınalma çərçivəsində 1.150 ədəd Microsoft Teams Enterprise1.150 ədəd Microsoft 365 E3 (Teams-siz versiyası) lisenziyasının alınması nəzərdə tutulurdu.

Ancaq "Dövlət Satınalmaları haqqında" qanunun 36.1.1-ci maddəsinə əsasən, müsabiqədə təklif verən təchizatçıların sayı qanunla müəyyən olunmuş üç nəfərdən az olduğuna görə prosedur dayandırılıb. Qanunvericiliyə əsasən, belə hallarda tenderin keçirilməsi mümkün olmur və satınalma dayandırılır.

Müsabiqə 5 iyun 2025-ci ildə elan olunmuşdu, təkliflərin qəbulu isə 3 iyul 2025-ci il saat 17:00-da başa tutmalı idi.

Избранный
8
11
fed.az

10Источники