RU

Millimizdən Avropa çempionatına qələbə ilə start FOTO

Idman.biz saytına istinadən ain.az xəbər verir.

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycanın yığması Avropa çempionatının B divizionuna start verib.

İdman.biz xəbər verir ki, millimiz I tur çərçivəsində Bosniya və Herseqovina ilə üz-üzə gəlib.

Gərgin keçən matç basketbolçularımızın qələbəsi ilə başa çatıb. Qızlarımız bu qarşılaşmada 83:81 (34:23, 12:17, 13:19, 24:22) hesablı üstün olublar.

Qeyd edək ki, millimiz bu gün 2-ci turda Ukrayna ilə qarşılaşacaq. Oyun 21:30-da start götürəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
10
icma.az

10Источники