RU

Gecə-gündüzləri yoxdur, ən az maaşı da onlar alır - Deputat

Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaşı da polislər alır.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, postsovet məkanında ölkənin təhlükəsizliyinin formalaşdırılmasında ən fəal iştirak edən Azərbaycan polisidir:

“Onların sosial şəraiti gücləndirilməlidir. Biz gecə rahat yatırıqsa, bizi qoruyan polislərin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər. 62 polisə Milli Qəhrəman adı verilib. Mən çox arzulayıram ki, polislərin maaşı artırılsın”.

Избранный
2
50
axar.az

3Источники