RU

Rusiya erməniləri Rəştdə yerləşdirməlidir - Politoloq

"Rusiyanın Cənubi Qafqaz, İran istiqamətində siyasətində ciddi problemlər var. İndi Moskva bu problemlərlə bacarmır. İran SSRİ dağıldıqdan sonra Rusiyaya qarşı neqativ kurs müəyyənlədirib. Hətta bu neqativ kursu düşmənçilik də adlandırmaq mümkündür".

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbıri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İran generalı Qasım Süleymani Qarabağ erməniləri, Abxaziya və Cənubi Osetiyanı onların əsl himayədarlarının Rusiya deyil, İran, Sepah olduğuna inandıra bilmişdi:

"Bu 3 regionun elitasının təhtəlşüurunda indi də o mövzular var. İran Abxaziyada bəzi işləri Türkiyə və Azərbaycanın adı ilə görürdü. Təsirində olan ermənilər də özləriRF-i Türkiyə və Azərbaycanın üzərinə qızışdırırdılar.

İranın Rusiyaya qarşı düşmənçilik hərəkətinin ən böyük simvolu Gilan regionunda qurduğu radiolokasiya stansiyasıdır. Stansiya Rusiyanın içərisində təxminən 700 km məsafəni görür, elektron müharibə apara bilir. İranın sərhədlərində müəyyən qədər kənar məsafəni görməsi anlaşılandır. Amma Rusiyanın paytaxtına qədər ərazini görməsi, artıq ayrı məqsəddir".

Politoloq qeyd edib, V.Putin D.Trampla telefonla danışdı və bəlli oldu ki, o hələ də ABŞ-ın razılığı ilə İranı öz təsiri altına keçirmək istəyir:

"ABŞ-ın İsraillə birlikdə İrana qarşı müharibəsindən sonra V.Putin özünü daha inamlı hiss edir. Çünki İran məğlub dövlətdir, İsrail də hədsiz böyük dağıntılara məruz qalıb və İranda apardığı hərbi əməliyyatlardan istədiyinə nail ola bilmədi. Belə olan halda Rusiya “çirkli işi” öz üzərinə götürür və D.Trampla da son telefon danışığının mahiyyəti məhz İran idi. ABŞ-ın Ukraynaya silah göndərməsi ilə bağlı Rusiyanın əlində dəqiq məlumat olduğu halda V.Putin bu mövzunu qaldırmadı. V.Putinin fikrincə, ABŞ və İsrail üçün İran mövzusunu həll edəcək, ABŞ da onun əvəzində Rusiyaya Ukrayna məsələsində müəyyən güzəştlər edəcəkdir.

Rusiyaya təbii ki, İranın üzərinə açıq müharibə ilə hücum etməyə imkan verməyəcək. Rusiya da yaxın zamanda bu prosesə gedə bilməz. Çünki bütün Avropa onun düşmənidir. Amma Cənubi Qafqaz regionun imkanlarını öz istədiyi kimi səfərbər edə bilər. Hazırda Ermənistan bütöv İranın nəzarəti altındadır. Xüsusilə Sünik regionu hətta İranın hərbi nəzarəti altındadır. İranın Ermənistanda, Cənubi Qafqazda aktivliyinin əsas aləti də Qarabağı tərk etmiş ermənilərdir. İran istəyir ki, o erməniləri əvvəlki yerlərinə qaytarsın. Qarabağ ermənilərinin əvvəlki ərazisi İrandadır.Ona görə Qarabağı tərk etmiş erməniləri İran ərazisinə köçürməsi tarixi qanunauyğunluğa daha çox uyğundur. İranın kobud səhvləri hədsiz çoxdur, xüsusilə anti-Azərbaycançılığı onu belə səhvlərə vadar edir. Fars ideoloqları İranın şimalında talış-erməni birliyi yarada biliblər. İranın şimalında Rəşt (İvanşəhr) və ondan daha da şimala doğru xristianlar yaşayıblar.Burada indi də xristianlar yaşayır, dini bayramlarını keçirirlər.

İranın buraxdığı səhv Rusiyanın faydasına gələ bilər. Bu Qarabağı tərk etmiş erməniləri Rəşt (İvanşəhr) şəhərinə qaytarıb, məskunlaşdırsa həm Gilanda Rusiyaya qarşı qurulan RLS-in fəaliyyətini neytrallaşdıra, həm də Rəşt-Astara dəmir yolunun tikintisi və fəaliyyətinin təhlükəsizliyini təmin edə bilər".

M.Əhmədoğlu əlavə edib ki,Rusiya Cənubi Qafqazda həm erməniləri, həm də azərbaycanlıları eyni dərəcədə əlində saxlaya bilməyəcək:

"Çünki ermənilər tamam fərqli kursdadırlar. Onlar hesab edirlər ki, Rusiyanın erməniləri Cənubi Qafqaza gətirməkdə ehtiyacı var idi və rusu bu regionda ermənilər möhkəmləndiriblər. Moskva seçim etməlidir".

Xəbər 5 dəfə oxunub.
Избранный
2
4
xezernews.az

5Источники