RU

Qubaya istirahətə edən dostlar dava saldı: biri həbs edildi, digəri cərimə olundu - TƏFƏRRÜAT

BAKI, 4 iyul. TELEQRAF

Quba rayonuna istirahət etməyə gedən şəxslər həbs edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Aqil Vəliyev (ad-soyad şərti verilib – red.) Quba şəhərinə dostları ilə birlikdə istirahət etməyə gəlib.

O, dostları ilə birlikdə içki məclisində iştirak edib və sərxoş olub. Digər şəxslər də sərxoş olduğu üçün onlar bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

Bu zaman Aqil Vəliyev digər dostu, 1981-ci il təvəllüdlü Vəli Babayevlə birlikdə olduqları otelin qarşısında ucadan nalayiq ifadələr işlətdikləri üçün ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və xəbərdarlıq edib.

Buna baxmayaraq hər iki dost əməllərinə davam edib.

Saxlanılan şəxslər polis şöbəsinə gətirilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Quba Rayon Məhkəməsinin qərarı ilə A.Vəliyev 4 gün müddətinə inzibati qaydada həbs edilib. V.Babayev isə 70 manat cərimə olunub.

Избранный
1
50
teleqraf.com

10Источники