RU

Tramp: “İrəliləyişə nail ola bilmədim” | VİDEO

AzVision.az xəbər verir ki, Amerika liderinin fikrincə, Ukraynadakı münaqişə ilə bağlı sülh prosesi danışqılarında irəliləyiş yoxdur.

“Bizim söhbətimiz oldu. Bu kifayət qədər uzun söhbət zamanı İran da daxil olmaqla çox şeyi müzakirə etdik. Biz Ukraynadakı münaqişədən də danışdıq və mən bundan məmnun deyiləm. Mən irəliləyişə nail olmadım”,- Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib.

Bununla belə, Tramp Vaşinqtonun Ukraynaya hərbi yardımı davam etdirdiyini, lakin bu zaman ABŞ-nin özünün kifayət qədər sursata olduğunu da nəzərə alır. O, keçmiş prezident Co BaydeniKiyevə silah“paylamaqla”ABŞ-nin arsenalını“boşaltmaqda”ittiham edib.

- Biz silah veririk, amma çoxlu silah vermişik. Biz silah veririk, onlara kömək etmək üçün onlarla işləyirik. Eyni zamanda, əmin olmalıyıq ki, bizim özümüzə də çatacaq”,- Donald Tramp vurğulayıb.

Rusiya öz mövqeyindən çəkilməyib

Qeyd edək ki, bu, Trampın Ağ Evə qayıtmasından sonra Rusiya prezidenti ilə keçirdiyi altıncı telefon danışığı olub.

Vaşinqton Kiyevə yardımı dayandırır| VİDEO
Təxminən bir saat davam edən söhbətlə bağlı açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Donald Trampın növbəti dəfə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirdiyini təsdiqləyib. Vladimir Putin öz növbəsindəMoskvanın münaqişənin siyasi danışıqlar yolu ilə həllini axtarmaqda davam etdiyini söyləyib.

“Rusiya öz məqsədlərinə, yəni hazırkı vəziyyətə, hazırkı kəskin qarşıdurmaya səbəb olan məlum əsas səbəblərin aradan qaldırılmasına nail olacaq”, - Uşakov Putinin Trampa cavabından sitat gətirib.

Xatırladaq ki, iyulun 2-də öz mənbələrinə istinad edən öz mənbələrinə istinad edən “Politico” nəşri və “NBC News” telekanalı Pentaqonun bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarəolunan hərbi sursatların Ukraynaya çatdırılmasını dayandırdığı barədə məlumat yayıblar.

Ağ Evin mətbuat katibinin müaviniAnna Kelli , öz növbəsində, Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib.


Sahil İsgəndərov
AzVision.az
Избранный
18
50
azvision.az

10Источники