RU

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı

BAKI, 4 iyul. TELEQRAF

Çinin Çonqinq şəhərində 20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mothership" portalı məlumat yayıb.

Portalın məlumatına görə, bir neçə dəqiqə nəzarətisiz qalan uşaq eyvana çıxaraq yıxılıb.
Ağac və kolların üzərinə düşə-düşə yerə yıxılan uşaqciddi xəsarətlər alsa da, sağ qala bilib.

Həkimlər qeyd ediblər ki, uşağın sağ qalmasına səbəb çəkisinin azlığı, ağacların üzərinə düşməsi və ətrafdakı insanların çevik müdaxiləsi olub.

Избранный
26
8
teleqraf.com

10Источники