RU

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir.

Milli.Az xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənmə riski yarana bilər.

Bəs qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Qarpız alarkən meyvənin xarici qabığını diqqətlə yoxlayın. Üzərində çatlar, yumşaq və ya çürük yerlər olmamalıdır. Çürüyən qarpızda bakteriyalar çoxalır və bu da zəhərlənməyə səbəb ola bilər. Qarpızı etibarlı və təmiz satış nöqtələrindən almaq vacibdir. Küçədə və ya təsərrüfat şəraiti uyğun olmayan yerlərdə satılan qarpızlar, gigiyena qaydalarına riayət edilmədiyi üçün təhlükəli ola bilər. Qarpızı kəsməzdən əvvəl onun xarici səthini yaxşıca yuyun. Bu, üzərində olan toz, torpaq və bakteriyaların kəsərkən meyvənin içinə keçməsinin qarşısını alır. Qarpızı kəsmək üçün istifadə olunan bıçaq və kəsmə taxtası təmiz olmalıdır. Əks halda, qida zəhərlənməsinə səbəb olan mikroorqanizmlər qarpıza keçə bilər. Kəsilmiş qarpız tez xarab olur, ona görə də onu dərhal soyuducuya qoymaq lazımdır. İsti havada qarpızın açıq şəkildə saxlanması zəhərlənmə riskini artırır. Çox günlənmiş və ya qalıq qarpızlar zəhərlənmə üçün risklidir. Həmişə təzə və sağlam qarpız almağa çalışın.

Yay fəslində dadlı və sağlam qarpızdan zövq almaq üçün bu sadə qaydalara riayət etmək vacibdir. Sağlamlığınızı qorumaq üçün diqqətli olun və zəhərlənmə hallarının qarşısını alın.

Asya

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
news.milli.az

10Источники