RU

Emin kansertin ləğv olma səbəbini açıqladı

Müğənni və iş adamı Emin Ağalarovun iyulun 6-da Svetloqorsk şəhərinin “Yantar” zalında keçirilməsi planlaşdırılan konserti iş qrafikindəki dəyişikliklə əlaqədar bir il müddətinə təxirə salınıb.
ONN media xəbər verir ki, bu barədə ifaçı TASS-a müsahibəsində deyib.
“İş qrafikimizdəki dəyişikliklə əlaqədar olaraq iyulun 6-da Svetloqorskun “Yantar” zalında keçirilməsi nəzərdə tutulan konserti təxirə salmağa məcburuq. Tədbiri gələn ilə təxirə salmaq qərarına gəldik. Svetloqorska gəlməyi çox istəyirəm, konsert mütləq 2026-cı ildə baş tutacaq”, - Emin bildirib.
Müğənni qeyd edib ki, zalın populyarlığı səbəbindən yaxın tarixləri razılaşdırmaq mümkün olmayıb.
Xatırladaq ki, Yekaterinburqda azərbaycanlılara təzyiq fonunda Emin Ağalarovun konserti təxirə salması sosial şəbəkələrdə müzakirələr doğurub
Избранный
27
1
onn.az

2Источники