RU

"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib

Bakı. Trend:

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfərbarəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Trend-inməlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır.

Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, dahasonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsininrəhbəri Ayxan Hacızadə fevralın 24-də "Sputnik"in Azərbaycandakınümayəndəliyinin ləğv edildiyini bildirmişdi.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsiləakkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davametdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən "Sputnik Azərbaycan" İnformasiya Agentiliyininofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaşYevgeni Belousov saxlanılıb.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq,külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllümiqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3(mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yoluilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdardatörədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayonMəhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.

Избранный
38
50
az.trend.az

10Источники