25–29 iyul tarixlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
Operativ Media xəbər verir ki, seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir.
Əsas məqsəd Dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.