RU

Sputnik Azərbaycanda fəaliyyətini davam etdirə bilməz-Kiselyov

“Rossiya Segodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Sputnik agentliyinin Azərbaycanda fəaliyyət göstərməsi üçün artıq şəraitin qalmadığını bəyan edib. Bu barədə o, çərşənbə günü Rusiya mediasına müsahibəsində bildirib.

Kiselyovun sözlərinə görə, iyunun 30-da  Bakıdakı Sputnik Azərbaycan redaksiyasında keçirilən xüsusi əməliyyatdan sonra agentliyin fəaliyyəti üçün zəruri olan şərait tamamilə aradan qalxıb.

Həmin əməliyyat zamanı bir neçə əməkdaş saxlanılıb.

Daha sonra Xətai Rayon Məhkəməsi Sputnik Azərbaycan-ın direktoru İqor Kartavıx və əməkdaşı Yevgeni Belousovu 4 ay müddətinə həbs edib.

N.Təbrizli

Избранный
15
1
anews.az

2Источники