RU

Azərbaycanın hansı bölgələrində turizm daha çox inkişaf edib?

Azərbaycan zəngin təbii gözəllikləri, qədim tarixi və mədəni irsi ilə daxili turizm üçün böyük potensiala sahib olan bir ölkədir. Ölkənin müxtəlif bölgələri fərqli təbiət və mədəniyyət xüsusiyyətlərinə malikdir, bu da daxili turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Azərbaycanın hansı bölgələrində turizm daha çox inkişaf edib?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi mövzu ilə bağlı Operativ Media-nın suallarını cavablandırıb.

Samir Dübəndinin sözlərinə görə, pandemiya sonrası dövrdə Azərbaycan vətəndaşları öz ölkəsində istirahət etməyə daha çox maraq göstərirlər:

"Daxili turizm sadəcə istirahət sektoru deyil, həm də regional iqtisadiyyatın mühərrikidir. Qusar-Şahdağ və Qəbələ artıq turizm sahəsində lider mövqelərini qazanıb. Quba-Xaçmaz və Naxçıvan isə sürətlə irəliləyir. Dövlətin strategiyasına əsasən, 2026-cı ilədək daxili ziyarətçi axınının ən azı 7 milyon nəfərə çatdırılması nəzərdə tutulur. Bu turizmin qeyri-neft sektorunun dayanıqlı sütunlarından birinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın daxili turizm potensialı çoxşaxəlidir. Təbii-coğrafi mövqeyindən, zəngin flora-fauna və tarixi-mədəni irsindən asılı olaraq, bütün bölgələrdə inkişaf üçün geniş imkanlar mövcuddur".

Dövlət Turizm Agentliyi bölgələr üzrə tarixi və təbii qoruqların bərpası və investisiya cəlb edilməsi istiqamətində mühüm işlər görür. Daxili turizmin inkişafında aparıcı olan bölgələr Şəki–Zaqatala, Naxçıvan, Quba–Xaçmaz, Gəncə–Qazax, Qəbələ və Şəki-dir. Hər biri özünəməxsus təbii, mədəni və sağlamlıq imkanları ilə fərqlənir. Dövlət strategiyası artıq gündəmdədir və 2024–2035-ci illər ərzində investisiya, infrastruktur və brendləşmə ilə daha da möhkəmləndiriləcək. Hökumətin “Turizm – 2023-2026” strategiyası, daxili turizmdə dayanıqlı artımı təmin etməyi hədəfləyir. 2024-cü ildə daxili turist xərclərinin 3.3 milyard manat olacağı, 2025-ci ildə isə bu rəqəmin təqribən 3.8 milyard manata yüksəlməsi gözlənilir. Bu pandemiya öncəsi səviyyədən 25%-dən çox bir artım olduğunu göstərir".

Избранный
64
50
operativmedia.az

10Источники