RU

Qeyri-rəsmi yaşayan qohumlar bu imtiyazlardan məhrum olacaq — Vəkildən AÇIQLAMA

"Bu, qeyri-rəsmi nikah hesab olunur. Bundan sonra ola bilər ki, belə nikahların sayı çoxalsın. Qohumları ilə qeyri-rəsmi nikah yaşayanların biri öldükdə digəri onun vərəsəsi sayılmayacaq. Ayrıldıqda isə birgə əmlaka tələb ola bilməz. Rəsmi nikahda da tərəflərdən biri ərizə ilə müraciət edib, əmlakın birgə olmadığını rəsmiləşdirə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. 

Vəkil bildirib ki, övladlara gəldikdə isə rəsmi və ya qeyri-rəsmi nikahdan olmasının fərqi yoxdur:

"Hər bir halda qadın kişidən aliment tələb edə bilir. Müasir dünyada artıq rəsmi nikahın bir əhəmiyyəti qalmayıb. 

Məhdudiyyətlər qeyri-rəsmi nikahların sayının artmasına səbəb olacaq. Mən də qohum evliliyinin tərəfdarı deyiləm, ancaq buna müdaxilə etmək heç nəyi dəyişməyəcək. Təkcə müsəlman ölkələrdə deyil, bütün dünyada qohum evliliyi var. Xəstəlik yaranması riski böyük olsa da, hamıya şamil etmək doğru deyil.


Əfsanə Kamal
Demokrat.az
Избранный
4
1
demokrat.az

2Источники