Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin suallarını cavablandırıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya ilə Ukrayna arasında 3-cü danışıqların tarixinin nə vaxt müəyyən ediləcəyi sualına Peskov bildirib:
"Bununla bağlı heç bir problem yoxdur. Yalnız tarixin müəyyən edilməsi prosesinin tamamlanması lazımdır. Hər iki tərəf tarixlə bağlı təklif gözləyir".