RU

“Komo” Xesus Rodrigeslə gücləndi

“Komo” 19 yaşlı ispan sol cinah hücumçusu Xesus Rodrigesi “Betis”dən tamhüquqlu müqavilə əsasında heyətinə qatıb.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar. Keçid “Komo”ya 22,50 milyon avro məbləğ müqabilində başa gəlib.

Xesus Rodriges “Betis”in məzunudur və böyük futbolda iki mövsüm keçirib. 2024/2025-ci illər mövsümündə ispan hücumçu “heliopolitlər” üçün debüt edib, 32 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriges İspaniyanın U-19 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə hələ dəvət almayıb.

Xesus Rodrigesin qənimətlər muzeyində İspaniyanın U-19 yığması ilə qazandığı Avropa çempionluğu (2024) var.

“Transfermarkt” internet portalı 19 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Избранный
9
4
arena.az

10Источники