RU

Ərdoğan sabah Azərbaycana gəlir

Türkiyənin kommunikasiya direktoru Fahrettin Altun ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana gedəcəyini açıqlayıb.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə toplantısında iştirak etmək üçün 4 iyul 2025-ci il tarixində Azərbaycanın Xankəndi şəhərinə səfər edəcək.“Davamlı və İqlim dəyişikliyinə Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusu altında təşkil olunacaq sammitdə iqlim dəyişikliyi, ticarət, nəqliyyat şəbəkələri və təşkilat islahatları müzakirə olunacaq, üzv ölkələr arasında əməkdaşlıq haqqında fikir mübadiləsi aparılacaq. Ərdoğan sammitin sessiyasında çıxış edəcək, liderlərlə görüşlər keçirəcək.

Sammitdə üzv ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, ŞKTC də daxil olmaqla müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Zərintac MayisqızıMissiya.Az

Избранный
10
22
missiya.az

10Источники