RU

İRAN HAVA MƏKANINI BAĞLADI, AZƏRBAYCAN SƏMASINDA SIXLIQ YARANDI – Uçuşlarda 13 faiz artım qeydə alınıb

Xəbər verdiyimiz kimi, dünən, iyulun 2-də İran öz hava məkanını yenidən tranzit uçuşlar üçün bağlayıb.

Hurriyyet.az xəbər verir ki, bunu  İranın Yollar və Şəhərsalma Nazirliyinin sözçüsü Məcid Axavan deyib.

"Mövcud vəziyyətdə İranın mərkəzi və qərbi üzərindəki hava məkanı yenidən beynəlxalq tranzit uçuşlar üçün bağlıdır", - deyə o, ifadə edib.

Xatırladaq ki, İsraillə savaşdan sonra İran iyunun sonunda İran beynəlxalq uçuşlara ölkənin mərkəzi hissəsi və qərb rayonlarının bir hissəsi üzərində öz hava məkanından istifadə etməyə icazə vermişdi.

Qeyd edək ki, İranın öz hava məkanını bağlaması Azərbaycan üzərindən uçuşların sayını artırıb. Rəsmi açıqlamaya əsasən, ötən ay hava məkanımızda 13 faiz artım müşahidə olunub.

Hurriyyet.az

Избранный
57
hurriyyet.az

1Источники