RU

Haiti millisinin üzvü Azərbaycan klubuna keçə bilər - Paytaxt təmsilçisi danışıq aparır

Birinci Liqada çempionluq uğrunda mübarizə aparacaq "Şəfa" heyətini legionerlə də gücləndirə bilər.

Sportal.az saytına verilən məlumata görə, hazırda Haiti millisinin üzvü olan Jean Dani ilə danışıqlar gedir.

Maraqlıdır ki, paytaxt klubu 22 yaşlı futbolçu üçün təklif irəli sürüb. Hazırda Portuqaliyanın “Torreense” klubunda çıxış edən vingerin “Şəfa”ya keçib-keçməməsi yaxın vaxtlarda dəqiqləşəcək.

Onun Portuqaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir. Dany “Strasburq”, “Avrançes”, “Rodez” klublarında oynayıb.

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

2Источники