Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Elm və Təhsil Nazirliyi təkrar sertifikasiyadan keçməyən 2300-dən çox müəlimin işdən qovulduğunu elan edib. Bu müəllimlərin hansı şəhər və rayonları əhatə etdiyi, yaşı, iş ştajı, əvvəlki sertifikasiya imtahanında iştirak edib-etməməsi və s. haqqında heç bir əlavə məlumat verilməyib.
Bununla belə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “Yeni sabah”a “Əminlikə bildirirəm ki, imtahanda uğursuz olan, lakin uzunillik iş təcrübəsi olan müəllimlərin tədrisdən kənarlaşdırılması nəinki doğru, hətta çox gecikdirilmiş qərardır", - deyib.
"Son 1 ildə bu qədər kədərli kəmiyyət və keyfiyyət göstəricilərini görəndə deyirəm ki, kaş sertifikasiya imtahanları 2021-ci ildə yox, 10 il bundan əvvəl başlayaydı. Pepperoni pizza
Fərz edək ki, X adlı şəxs 4 il hər hansı bir ixtisas üzrə təhsil alır. 4 ilik təhsildən sonra insan özünü inkişaf etdirməyi bacarmalıdır. O özünü inkişaf etdirməli, mütaliəsini artırmalı, müasir təhsil trendləri ilə ayaqlaşmalı idi, amma bunları etməyib.
Testdə müəllimlərə verilən sualların hamısı ibtidai məzmunlu olub və sözügedən müəllimlər sualların 50 faizinə belə cavab verə bilməyiblər:
Elə müəllim var ki, onun sertifikasiyadan keçməsi üçün bir 1 yox, 4 il hazırlıq vaxtı olur. Çünki hər fənn üzrə imtahan bölgüsü eyni vaxta təsadüf etmir.
İbtidai sinif, Azərbaycan dili və Ədəbiyyat fənnlərinin imtahanları daha tez oldu. Coğrafiya, Biologiya kimi fənnlərim imtahanları isə daha gec keçirildi.
Onlara verilən sualların da hamısı öz ixtisaslarına uyğun, ibtidai məzmunlu idi. Sertifikasiyada iştirak edib, uğur qazanan müəllimlərin 90 faizi bununla razılaşır.
Nazirlik onlar üçün təkrar sertifikasiyada iştirak etmək üçün şans yaratdı. Narazıların 1 il hazırlaşmaq fürsətləri olsa da!. Bu nə biabırçılıqdır?! Bütün bunlardan sonra deyirik ki, müəllimlərin tədrisdən kənarlaşdırılması nə dərəcədə doğrudur? Onda mən də belə bir sual verirəm: narazı müəllimlərin yenidən sinif otağına daxil olması və sabahkı kadrlarımıza nə isə öyrətməsi nə dərəcədə doğrudur? Bu müəllimlərin sayəsində nələri itirmişik!”
Elmin Nurinin sözlərinə görə, ixtisası üzrə elementar biliyi olmayan şəxslər də cəmiyyətin bir təbəqəsidir:
"Hər biri bir evin söz sahibi və sosial rifahını təşkil edən, yəni çörək gətirən şəxsdir. Onlarla bağlı komissiya yaradılacaq. Həmin komissiya bu cür müəllimləri pedaqoji fəliyyətdən uzaqlaşdıracaq. Çalışacaqlar ki, həmin şəxsləri digər texniki və inzibati işlərə cəlb edilsinlər. Kargüzarlıq və s. işlərə güman ki özləri razı olmayacaqlar. Onlarla müqayisədə kitab üzü açmadan imtahanda 51 baldan yüksək nəticə göstərənlər 35% artım alan müəllimlər var”.
Aydan Hacı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.