RU

Zahid Oruc: Qida təkcə bioloji maddə deyil, bir millətin....

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Dünyada hər bir xalqın mövcudluğu onun milli və mədəni identikliyini qorumasından asılıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “İrəvan xanlığının mətbəxi” kitabının təqdimatında deputat, Sosial Tədqiqatlat Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, mədəni kimlik yaddaşın, dəyərlərin, torpağın və yaşamaq uğrunda mübarizənin birgə məcmusudur. 

Qeyd edib ki, hər bir ölkənin coğrafi- təbii şəraiti, dini görüşləri ilə sıx bağlı olan milli mətbəxi, qida ənənələri, süfrə mədəniyyəti milli dəyərlər sisteminə daxildir.“Qida təkcə bioloji maddə deyil, bir millətin yaşam fəlsəfəsini başqalarından fərqləndirən və xüsusi statusunu göstərən eyniləşdirmə kodudur”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
1
bakivaxti.az

2Источники