RU

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 214,8 milyon ABŞ dolları olub.

“İki sahil” xəbər verir ki, Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 145,8 milyon ABŞ dolları və ya 3,1 dəfə artıb. Belə ki, 2024-cü ilin ilk beş ayında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 69 milyon ABŞ dolları idi.

Bəhs olunan dövrdə Azərbaycandan bu ölkəyə 19,7 milyon ABŞ dolları dəyərində ixrac, 195,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib.

Özəkistana ixrac illik müqayisədə 9 milyon ABŞ dolları və ya 84,1%, bu ölkədən idxal isə 136,8 milyon ABŞ dolları, yaxud da 3,3 dəfə artıb.

2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan Özbəkistana 10,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, 58,3 milyon ABŞ dolları dəyərində isə idxal olunub.

Həmçinin cari ilin ilk beş ayında Özbəkistan Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələri siyahısına daxil olub. Yəni bu ölkəyə 5 ayda 19,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Qeyd edək ki, bu ilin hesabat dövründə Özbəkistana ixrac əməliyyatı ümumi ixracın 0,18%-ini, idxal isə ümumi idxalın 1,96%-ini təşkil edib.

Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycan xarici ölkələrlə 20,966 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,527 milyard ABŞ dolları və ya 13,7% çoxdur. Xarici ticarət dövriyyəsinin 11 milyard ABŞ dolları ixracın, 9,965 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2% azalıb, idxal isə 36,5% artıb. Nəticədə, xarici ticarətdə 1,036 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,801 milyard ABŞ dolları və ya 3,7 dəfə azdır.

Избранный
7
50
ikisahil.az

10Источники