RU

Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Belə ki, bir barelinin dəyəri 1,09 ABŞ dolları və ya 1,51% artaraq 73,61 ABŞ dollarına yüksəlib.

Bu barədə Far.Az-ə neft bazarındakı mənbə məlumat verib.

Beynəlxalq bazarda "Brent" markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti isə 69,85 ABŞ dolları səviyyəsində müəyyənləşib.

Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir bareli 1,12 ABŞ dolları və ya 1,58% bahalaşaraq 72,33 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Hazırda Azərbaycan neftinin əsas hissəsi "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Bu yataqlar üzrə hasilat müqaviləsində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65% təşkil edir.

Избранный
33
3
far.az

10Источники