RU

Şəmkirdə müəllimi qaçıran şəxslərə elektron qolbaq taxıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Qalib Səfərzadə, Namiq Yusifov və Tahir Əkbərovun (hər üçünün ad, soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə Qalib Səfərzadəyə 2 il 8 ay 26 gün, Namiq Yusifova 2 il 2 ay 26 gün və Tahir Əkbərova isə 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

İttihama görə, hadisə ötən ilin noyabrında Şəmkir rayonunda qeydə alınıb. Marqarita pizza

Qalib Səfərzadə dostları - Namiq Yusifov və Tahir Əkbərovla birlikdə zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) evlənmək məqsədilə oğurlamaq barədə razılığa gəlib. Özünə məxsus “VAZ-21154” minik markalı avtomobillə zərərçəkmiş şəxsin işlədiyi tam orta məktəbin qarşısına gəlib qadının iş yerindən çıxaraq piyada getməsini izləyib.

Sonra onlar S.S.-i zorla maşına oturaraq qaçırıblar. Qalib qadını əvvəlcə Şəmkirdə yaşayan qohumunun evinə aparıb, sonra Gəncədə yaşayan digər qohumunun evinə aparıb. Daha sonra Qalib qızı evlərinə buraxmağa razı olub.

Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, barışdığını, hər hansı şikayət və tələb irəli sürmədiyini, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiqlədiyini bildirib.


Telegram kanalımız
Избранный
4
40
yenisabah.az

10Источники