RU

Məşhur reper insan alverində təqsirli bilinib

ABŞ-nin Nyu-York ştatında Manhetten andlılar məhkəməsi Pi Diddi ləqəbi ilə tanınan reper Şon Kombsun işi üzrə qismən hökm çıxarıb və onu beş ittihamdan dördü üzrə təqsirli bilib.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, andlılar heyətinin müzakirəsi 12 saat davam edib, bundan sonra musiqiçini cinsi istismar məqsədilə insan ticarətində, eləcə də fahişəliklə məşğul olmaq üçün şəxslərin daşınmasında rəsmən ittiham olunub.

Hər dörd ittiham bu cinayətlərlə bağlıdır. Reketliyə dair beşinci ittiham üzrə dinləmələr iyulun 3-də davam edəcək.

Fahişəliklə məşğul olmaq üçün insanların daşınması ittihamı 10 il, fırıldaqçılıq və məcburiyyət yolu ilə cinsi istismar üçün insan ticarəti 20 il həbs cəzasını nəzərdə tutur.

Reper heç bir ittiham üzrə özünü təqsirli bilməyib.

Избранный
23
2
olke.az

10Источники