RU

İtaliyada illərlə cəmiyyətdən təcrid olunmuş kabus uşaqlar tapıldılar

ain.az, Oxu.az saytına istinadən bildirir.

İtaliyanın Turin şəhəri yaxınlığındakı Lauriano qəsəbəsində hüquq-mühafizə orqanları yarımuçuq vəziyyətdə olan bir fermada 9 yaşlı oğlan və onun 7 yaşlı bacısını aşkarlayıb. Onlar illərdir cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yaşayıblar.

Oxu.Az bu barədə "Daily Mail"ə istinadla xəbər verir.

Hadisə bölgəni su basması təhlükəsi səbəbilə həyata keçirilən təxliyə zamanı baş verib. Aşkarlanan uşaqların heç vaxt həkimə, məktəbə getmədiyi və heç bir sosial mühitdə iştirak etmədiyi ortaya çıxıb.

"Onlar yaşlarına uyğun olmayan bezlər geyinmişdilər və yalnız özlərinin anlayacağı primitiv bir dildə danışırdılar", - deyə məqalədə qeyd olunur.

Onları bu yaşına qədər heç kim görmədiyi və eşitmədiyi üçün İtaliya mediasında uşaqlara "kabus uşaqlar" adı verilib.

Uşaqların atası - 54 yaşlı hollandiyalı heykəltəraş - onları cəmiyyətdən təcrid etməsinin səbəbini infeksiya qorxusu, o cümlədən koronavirusdan ehtiyat etməklə izah edib. O, bu qərarı uşaqlarını qorumaq məqsədilə verdiyini deyib. Məlumata görə, uşaqların anası onlarla yaşamır və onların taleyi ilə maraqlanmır.

Hazırda qardaş və bacı İtaliya sosial xidmətləri tərəfindən mühafizəyə götürülüb. Onlar üçün himayədar ailə axtarılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
2
oxu.az

3Источники