RU

Kapello Hakanı müdafiə etdi: Onu aradan götürsəniz, çökəcəksiniz

Məşhur italyan mütəxəssis Fabio Kapello Lautaro Martines və Hakan Çalhanoğlu arasındakı münaqişəyə münasibət bildirib.

Publika.az xəbər verir ki, Kapello bu barədə İtaliya mətbuatına danışıb.

Klublararası dünya çempionatının 1/8 finalında ” İnter” in “Fluminense”yə 0:2 hesablı məğlubiyyətindən sonra Martines demişdi: “Mesaj sadədir: qalmaq istəyirsənsə, qal, istəmirsənsə, get”.

Klub prezidenti Beppe Marotta bildirmişdi ki, Lautaro zədə səbəbindən turnirdə iştirak etməyən, lakin ABŞ-da komanda ilə birlikdə olan Çalhanoğlunu nəzərdə tutub.

“İnter”in baş məşqçisi Kristian Çivu vəziyyəti həll etmək üçün təcili iclas keçirib .

– Lautaro ilə Çalhanoğlu arasındakı münaqişəyə münasibətiniz necədir?

Избранный
24
10
publika.az

10Источники