RU

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi — VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan milli komandasının Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında inamlı qələbəsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Demokrat.az-ın xəbərinə görə, o, Azərbaycan Prezidenti ilə ikitərəfli görüşündə təbriklərini çatdırıb.

"İlham Heydər oğlu, mən də sizi təbrik etmək istəyirəm: minifutbol üzrə Azərbaycan milli komandası dünya çempionudur. Biz gördük və həqiqətən də sevindik ki, böyük futbola cəmi bir addım qalıb", - Özbəkistan lideri qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının qalibi olub. Elşad Quliyevin yetirmələri finalda Macarıstan millisini yenib.

Избранный
33
10
demokrat.az

10Источники