RU

Nurəddin ƏDİLOĞLU yazır: "RUSİYA MÜSİBƏTƏ HAMİLƏDİR" » AzadMedia.az

Nurəddin
Rusiyada 190-dan çox xalq yaşayır. Putinin siyasi ambisiyasına görə onlar da Ukrayna cəbhəsində döyüş və həlak olurlar. Amma Kreml cəlladının “mənəm-mənəmlik” siyasətinə bu qurbanlar bəs etmir. Əvəllcə Rusiyada yaşayan qazaxlara, özbəklərə, taciklərə indi də azərbaycanlılara qarşı zorakılıq faktları Putinin apardığı dini ayrı-seçkilik və şovinist siyasətinin yeni mərhələyə keçdiyini göstərir.

Mən bir dəfə bu barədə yazmışdım: Bu il 9 mayda Moskvada Kremlin divarları yaxınlığında, Aleksandr bağında “Naməlum əsgər”in abidəsi önünə əklil qoyanda görəsən V. Putin nə düşündü? Heç olmasa, özünə bir dəfə sual verdimi ki, ha, bu “Naməlum əsgər” Moskva uğrunda həlak olan azərbaycanlı, qazax, qırğız, özbək, tatar, bir sözlə, hansı xalqın oğludur?! Əgər bu barədə düşünsəydi, yəqin ki, Putin hakimiyyəti dövründə Kremlə itaət etməyən xalqlardan nə qisas alardı, nə də onalara öz zövqünə uyğun gələn RƏHBƏR “təyin etməyə” cəhd göstərərdi. Bu faktları indi keçmiş SSRİ ərazisində yaşayan xalqıların hamısı yaxşı bilir. Elin sözü əvvəl - axır düz olur. Zərdüşt peyğəmbərin təbirincə desək, əsl HƏQİQƏT də sadə xalqın arasında yaşayır. Şübhəsiz ki, həqiqət anlayışı Ağ Ev, Kreml və başqa dəbdəbəli DÖVLƏT saraylarından, eləcə də Qərbi Avropanın “böyük-böyük” siyasətçilərindən çox uzaqdır... Ukraynaya təzə-təzə hucum edəndə Rusiyanın tanınmış musiqiçisi Andrey Makareviç öz sosial şəbəkə hesabında yazmışdı: “Elə bilirsiniz, Putin nüvə müharibəsinə başlamaz? O, qərar veribsə, başlayacaq. Amma birinci atışdan sonra dünyanın qalan hissəsi 15 dəqiqə ərzində Rusiyanı Yer üzündən siləcəklər..."
...Çox qəribədir ki, M. Qorbaçov 17 dekabr 1986-cı ildə Alma-Atada 174 nəfər, 9 aprel 1989-cu il Tiflisdə 19 nəfər, 19-20 yanvar 1990-cı ildə Bakıda 147 nəfər dinc sakini qətlə yetirəndən sonra Nobel mükafatına layiq görüldü. Və 1990-cı ildə ona Nobel Sülh mükafatı təqdim olunandan sonra 13 yanvar 1991-ci ildə Vilnüsdə növbəti dəfə qanlı cinəyət törətdi.
Onun cinayətkar əməllərini davam etdirən Putin illər öncə İrəvana gedəndə yaşından qabaq baş verən qondarma “Erməni soyqırımı” abidəsini ziyarət etdi, hətta gözləri də doldu, amma Bakıya dəfələrlə gəlməsinə baxmayaraq az qala gözünün qabağında baş verən 20 Yanvar faciəsinin şəhidlərini, Xocalı soyqırımı abidəsini bir dəfə olsun ziyarət etmədi?
Görəsən Kremlin “mənəm-mənəmlik” siyasəti müstəqil olmaq istəyən çeçenləri tarmar etdi, Dudayevi qətlə yetirdi, oranın idarəçilyini Putin özünə sadiq birinə həvalə etdi. Bəs niyə Ukrayna hökümətinə öz ərazisində yaşayan rusları yəni öz vətəndaşlarını idarə etməyə imkan vermədən müharibəyə başladı?
Putinin “parçala, hökm sür” siyasəti
...Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı qəddarlığla həyata keçirilən cinayətdir və müasir rus şovinizminin bariz nümunəsidir. Heç kimə sirr deyil ki, bu hadisələrin başında Rusiyanın rəhbəri Putinin faşist ideologiyası durur. Putin hakimiyyətə gələndən rus imperializminin keçmiş SSRİ-nin regionlarında və dünyada apardığı hegemonçuluq siyasəti dünyanın gözləri qarşısında baş verib. ABŞ senatı Vladimir Putini “hərbi cani” elan etsə də, Ukraynada zorakılıq, hərbi cinayətlər hələ də davam edir. Dostoyevski deyirdi ki, xalqın içindəki ÇİRKABI xalqın özünə şamil etmək olmaz!.. Bu gün Ukraynada Rusiyanın apardığı ədalətsiz müharibə milyonlarla insanı doğma yurdundan pərən-pərən salır. Qadınlar, qocalar və uşaqlar atəş altında qalırlar. Yüzlərlə uşaq qətlə yetirilir. Minlərlə yaşayış binası yerlə-yeksan edilir...


Sözsüz ki, PUTİN CANİ OBRAZINI ÖZÜ YARADIB. Həm də təkcə bu gün Ukraynada apardığı dağıdıcı müharibəyə görə yox! Yekaterinburqda və Rusiyanın başqa şəhərlərində azərbaycanlılara qarşı baş verən cinyət hadisələri dinindən, irqindən asılı olmayaraq hamını narahat etməldir. Qədim bir məsəldə deyildiyi kimi, TOPPUZ işlədilə bilən yerdə QILINCDAN istifadə etməzlər!
Bu gün Rusiyanın yerlə göy arasında törətdiyi çox cinayətlərin üstünə KREML hiyləgərcəsinə kölgə salır. Ukraynada müharibənin gedişatı onu göstərir ki, NATO-ya üzv olmasa da Putin bu ölkəni xəritədən silmək istəyir. Rus xalqının müharibəyə etiraz edən görkəmli adamlarılnı 15 il həbs cəzasıyla hədələyir. Müharibə isə minlərlə gənc əsgəri, yüzlərlə mülki insanı QARA ƏJDAHA kimi udur. Dinc əhaliyə qarşı "cəhənnəm silahı" tətbiq edilir. Kütləvi məzarlıqların sayı-hesabı bilinmir.
Rusiya müstəqil dövlətlərin ərazilərinə - Gürcüstana, Azərbaycana, Qazaxıstana qoşun yeridəndə özünü “haqlı” sayır, amma bu gün öz ərazisində özünü müdafiə edən Ukrayna xalqına cinyətkar, terrorçu, faşist, neofaşist və s. damğalar vurur. Belə çıxır ki, bu gün Dərbənddə azərbaycanlılar incidilirsə Azərbaycan ora, Urimçidə zorkılığa məruz qalan uyğurlara görə Türkiyə Çinə qoşun yeritməlidir? Bu gün Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlı iş adamlarının evinə basqınlar olur. Bütün bu hadisələrin fonunda Moskva Bakıya utanmazcasına NOTA da verir. Amma Bakı artıq Moskvanın görmək istədiyi Bakı deyil! Rusiya artıq müsübətə hamilədir, onun bətnindən Putinsiz Rusiya doğulacaq!
Избранный
6
1
azadmedia.az

2Источники